28 iyul 2026. Çərşənbə axşamı

Braziliya millisinin sabiq baş məşqçisi reanimasiyadan çıxarıldı


  • Offside
  • 22:05 28.07.2026
  • Oxunma sayı: 25
Braziliya millisinin sabiq baş məşqçisi reanimasiyadan çıxarıldı

Braziliya yığmasının keçmiş baş məşqçisi Karlos Alberto Parreyra Rio-de-Janeyro klinikalarından birinin reanimasiya şöbəsindən palataya köçürülüb.

90deqiqe.Az xəbər verir ki, 83 yaşlı mütəxəssis iyunun 16-dan etibarən intensiv terapiya bölməsində müalicə alırdı. Xəstəxanaya yerləşdirilməsindən bir aydan çox vaxt keçdikdən sonra Parreyra­nın səhhətində müsbət irəliləyiş qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ildə veteran çalışdırıcıya Xoc­kin limfoması diaqnozu qoyulub. Həmin vaxtdan etibarən Parreyra bu xəstəliklə mübarizə aparır.

Karlos Alberto Parreyra 1990-cı illərdə Braziliya milli komandasına rəhbərlik edib və yığmanı 1994-cü ildə dünya çempionu edib. Həmin mundial ABŞ-da keçirilib.

Təcrübəli mütəxəssis 2006-cı ildə də Braziliya millisinin baş məşqçisi olub. Lakin bu dəfə komandanın çıxışı uğurlu alınmayıb və braziliyalılar dünya çempionatını böyük məyusluqla başa vurublar.







Offside