28 iyul 2026. Çərşənbə axşamı

Neymar "Santos"un məşqlərinə qayıtdı


  • Offside
  • 23:08 28.07.2026
  • Oxunma sayı: 42
Neymar "Santos"un məşqlərinə qayıtdı

Braziliyalı ulduz hücumçu Neymar yenidən "Santos"un məşq prosesinə qoşulub.

90deqiqe.Az-ın "Globo" nəşrinə istinadən məlumatına görə, 34 yaşlı futbolçu komandanın ümumi qrupunda tamhəcmli məşq keçib.

Mənbə bildirir ki, Neymar bundan əvvəl öz təşəbbüsü ilə klubun bazasını tərk etmiş və məşqlərdən birində iştirak etməmişdi. Buna baxmayaraq, "Santos" rəhbərliyi hücumçuya qarşı hər hansı intizam tədbiri tətbiq etməmək qərarına gəlib.

Qeyd edək ki, Neymar cari ildə "Santos"un heyətində bütün turnirlərdə 16 oyuna çıxıb. Təcrübəli futbolçu bu qarşılaşmalarda 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Neymarın Braziliya klubu ilə müqaviləsi 2026-cı ilin sonunadək qüvvədədir.







Offside