13 sentyabr 2026. Bazar günü

Azərbaycan bocciaçısı Qahirədə qızıl medal qazandı


  • Offside
  • 12:11 29.07.2026
  • Oxunma sayı: 142
Azərbaycan bocciaçısı Qahirədə qızıl medal qazandı

Azərbaycanın boccia üzrə milli komandasının üzvü Sona Ağayeva Misirin paytaxtı Qahirədə keçirilən Çellencer turnirində qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az-a bildirilib ki, BC2 kateqoriyasında mübarizə aparan idmançı turnirdə uğurlu çıxışı ilə seçilərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Sona Ağayeva qızıl medal yolunda Portuqaliya təmsilçisi Monika Koşta və Yeni Zelandiyalı Xloi Stört üzərində inamlı qələbələr qazanıb.

Qeyd edək ki, Qahirədə keçirilən Çellencer turniri iştirakçılara "Los-Anceles-2028" Yay Paralimpiya Oyunlarına vəsiqə uğrunda mühüm reytinq xalları qazandırır.







Offside