- Offside
- 22:00 29.07.2026
Azərbaycan Voleybol Federasiyası (AVF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə çimərlik voleybolu üzrə ölkə çempionatı təşkil olunacaq.
AVF-dən 90deqiqe.Az-a verilən məlumata görə, avqustun 4-dən 8-dək keçiriləcək yarışda qadın və kişi komandaları mübarizə aparacaqlar.
Çempionatın ilkin mərhələsinin oyunları avqustun 4-6-da keçiriləcək. Final qarşılaşmaları və mükafatlandırma mərasimi isə avqustun 8-nə təsadüf edəcək. Bütün görüşlər Bakı Su İdmanı Sarayında baş tutacaq.
Yarışda 16 qadın və 14 kişi komandası olmaqla ümumilikdə 30 klub iştirak edəcək.
Qeyd edək ki, ölkə çempionu adını qazanan komanda 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə edəcək.