- Offside
- 22:00 29.07.2026
Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşi millisi növbəti medalını qazanıb.
90deqiqe.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmir Çərkəzov bürünc medal uğrunda qarşılaşmada rəqibini məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşi millisi mundialı ümumilikdə 6 medalla başa vurub. Komandanın aktivinə 3 gümüş və 3 bürünc medal yazılıb.
Daha əvvəl İsfahan Həsənov (80 kq), Əli Cavadlı (45 kq) və Abdurrahman Hüseynli (51 kq) gümüş medal qazanıblar. Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən U-17 dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.