- Offside
- 22:00 29.07.2026
Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşi millisi komanda hesabında uğurlu nəticəyə imza atıb.
90deqiqe.Az-ın məlumatına görə, yığmamız 107 xal toplayaraq mundialı ikinci pillədə başa vurub. Komanda hesabında Rusiya 127 xalla çempion olub, İran isə 96 xalla üçüncü yeri tutub.
Azərbaycanın "klassiklər"i turnirdə ümumilikdə 6 medal qazanıblar. Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala yiyələniblər.
Ömər Salmanov (48 kq), Elmir Çərkəzov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal qazanaraq millinin uğuruna töhfə veriblər.
Beləliklə, Azərbaycan yunan-Roma güləşi millisi doğma azarkeşlər önündə keçirilən U-17 dünya çempionatını həm komanda hesabında ikincilik, həm də altı medal ilə başa vuraraq uğurlu çıxış nümayiş etdirib.