30 iyul 2026. Cümə axşamı

Bakıda avarçəkmə və kanoe üzrə açıq şəhər çempionatı keçirildi


  • Offside
  • 11:00 30.07.2026
  • Oxunma sayı: 40
Bakıda avarçəkmə və kanoe üzrə açıq şəhər çempionatı keçirildi

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə paytaxtda avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçirilib.

90deqiqe.Az xəbər verir ki, Bakı bulvarında, Azərbaycan Su İdman Növləri Federasiyasının inzibati binasının qarşısında ("Suraxanı" gəmi-muzeyinin yaxınlığında) təşkil olunan yarışda Bakı və Mingəçevirdən 100-ə yaxın idmançı mübarizə aparıb.

İştirakçılar akademik avarçəkmə və kanoe növlərində birnəfərlik, kayak yarışlarında isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafədə qüvvələrini sınayıblar. Yarış proqramına ilk dəfə qarışıq (mix) kateqoriyası da daxil edilib.

Gərgin idman mübarizəsi şəraitində keçən çempionatın yekununda fərqlənən idmançılar diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, ölkədaxili yarışların keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsini qiymətləndirmək, onların yarış təcrübəsini artırmaq və ölkə daxilində rəqabət mühitini daha da gücləndirməkdir.







Offside