30 iyul 2026. Cümə axşamı

Simurə Abdullayeva U-17 dünya çempionatına məğlubiyyətlə başladı


  • Offside
  • 12:40 30.07.2026
  • Oxunma sayı: 32
Simurə Abdullayeva U-17 dünya çempionatına məğlubiyyətlə başladı

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatında Azərbaycanın qadın güləşçisi Simurə Abdullayeva mübarizəyə uğursuz start verib.

90deqiqe.Az xəbər verir ki, 69 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz 1/8 final mərhələsində Qırğızıstan güləşçisi Milana Ulanova ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada Abdullayeva 6:10 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi medallar uğrunda mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.







Offside