- Offside
- 22:42 30.07.2026
Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatında Azərbaycanın qadın güləşçisi Fidan Babayeva ilk görüşünü keçirib.
90deqiqe.Az xəbər verir ki, 61 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız 1/8 final mərhələsində Qazaxıstan təmsilçisi Aruzhan Bakitnura ilə qarşılaşıb. Görüş rəqibin 11:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, Fidan Babayeva mundiala 1/8 final mərhələsində məğlubiyyətlə başlayıb.
Qeyd edək ki, U-17 dünya çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi medallar uğrunda mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.