- Offside
- 22:42 30.07.2026
Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatında Azərbaycanın qadın güləşçisi Nuray Cəfərli mübarizəni 1/4 final mərhələsində başa vurub.
90deqiqe.Az xəbər verir ki, 46 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız 1/4 finalda Macarıstan təmsilçisi Vivyen Sentpalla üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma rəqibin 10:8 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 dünya çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçirilir. Mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan yarışda 29 idmançı ilə təmsil olunur.