30 iyul 2026. Cümə axşamı

"Gəncə" kapitanı ilə yeni müqavilə imzaladı


  • Offside
  • 12:51 30.07.2026
  • Oxunma sayı: 35
"Gəncə" kapitanı ilə yeni müqavilə imzaladı

"Gəncə" basketbol klubu yeni mövsüm öncəsi əsas oyunçularından birini heyətində saxlayıb.

90deqiqe.Az xəbər verir ki, klub komandanın kapitanı Carvis Qarretlə müqavilənin müddətini uzadıb. 31 yaşlı amerikalı basketbolçu ilə imzalanan yeni anlaşma növbəti mövsümün sonunadək qüvvədə olacaq.

Qarret ötən mövsüm "Gəncə"nin uğurlarında mühüm pay sahibi olub. Təcrübəli oyunçu Azərbaycan Kubokunun final qarşılaşmasında nümayiş etdirdiyi performansa görə matçın ən dəyərli basketbolçusu (MVP) seçilmişdi.

Qeyd edək ki, "Gəncə" yeni mövsüm öncəsi heyətini qorumaq və gücləndirmək istiqamətində transfer çalışmalarını davam etdirir.







Offside