- Offside
- 22:42 30.07.2026
Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatında Azərbaycanın qadın güləşçisi Gülxanım Şirinova ilk görüşündə məğlub olub.
90deqiqe.Az xəbər verir ki, 40 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız 1/4 final mərhələsində Tunis təmsilçisi Tasmin Atimni ilə qarşılaşıb. Gərgin keçən görüşdə Şirinova 4:6 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, U-17 dünya çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.