30 iyul 2026. Cümə axşamı

"LANDAU Lions" Nicat Məmmədlini heyətdə saxladı


  • Offside
  • 14:24 30.07.2026
  • Oxunma sayı: 38
"LANDAU Lions" Nicat Məmmədlini heyətdə saxladı

Yeni mövsümün hazırlıqlarını davam etdirən "LANDAU Lions" heyətində daha bir basketbolçunun qalacağını rəsmiləşdirib.

90deqiqe.Az xəbər verir ki, Bakı təmsilçisi Nicat Məmmədli ilə müqavilənin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni razılaşmaya əsasən, yerli basketbolçu növbəti mövsümdə də "LANDAU Lions"ın uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, "LANDAU Lions" yeni mövsüm öncəsi heyətini formalaşdırmaq istiqamətində işlərini davam etdirir və daha əvvəl bir neçə basketbolçu ilə də müqaviləsini yeniləmişdi.







Offside