- Offside
- 22:42 30.07.2026
Qadın voleybolçulardan ibarət "Turan" klubu yeni mövsüm öncəsi növbəti transferini rəsmiləşdirib.
90deqiqe.Az xəbər verir ki, komanda heyətini Çin millisinin üzvü Yanq Hanyu Şandonqla gücləndirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
196 santimetr boya malik blokçu ilə 2026/2027 mövsümünün sonunadək qüvvədə olacaq müqavilə imzalanıb.
Qeyd edək ki, "Turan" yeni mövsüm öncəsi heyətini gücləndirmək istiqamətində transfer çalışmalarını davam etdirir və iddialı komanda formalaşdırmağı hədəfləyir.