31 iyul 2026. Cümə

Azərbaycanın sərbəst güləşçilərinin rəqibləri bəlli oldu


  • Offside
  • 22:36 30.07.2026
  • Oxunma sayı: 31
Azərbaycanın sərbəst güləşçilərinin rəqibləri bəlli oldu

Bakıdada təşkil olunan U-17 dünya çempionatında Azərbaycanın sərbəst güləşçilərinin rəqibləri müəyyənləşib.

90deqiqe.Az  xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mundialın son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq.

Bu gün baş tutan püşkatma mərasimində güləşçilərimizin ilk rəqibləri bəlli olub.

45 kq

1/8 final

Tunar Həsənov – Radoslav Velikov (Bolqarıstan) / Ariun Erdenetuqs (Monqolustan)

48 kq

1/8 final

Hüseyn Rzazadə – Amirali Faz (İran) / Aaryan Aaryan (Hindistan)

51 kq

1/8 final

İbrahim Həsənov – Quarav Bahi (Kanada) / Giorgi Narimanidze (Gürcüstan)

55 kq

Təsnifat mərhələsi

Abbas Şəfiyev – Temirlan Murat (Qazaxıstan)

60 kq

1/8 final

Elcan Həsənov – Balaş Hideq (Macarıstan) / Vitold Pavlik (Polşa)

65 kq

Təsnifat mərhələsi

Rəşid Nazarov – Erik Papikyan (Ermənistan)

71 kq

Təsnifat mərhələsi

Tunar Quliyev – Adilet Risbay (Qazaxıstan)

80 kq

1/8 final

Nihad Süleymanlı – Martin Mokras (Slovakiya) / Ali Zakirjanov (Qırğızıstan)

92 kq

Təsnifat mərhələsi

Elgün Kərimli – Sakşam Fnu (Hindistan)

110 kq

Təsnifat mərhələsi

Hakim Tağıyev – Behruz Aşirov (Özbəkistan)

Sabah 48, 55, 65, 80 və 110 kq-da yer alan güləşçilər xalçaya çıxacaq. Digər 5 çəkidə mübarizə aparan iştirakçılar isə avqustun 1-də yarışa qoşulacaqlar.







Offside