- Offside
- 23:59 30.07.2026
Dünya Güləş Birliyi (UWW) Türkiyədə keçiriləcək beynəlxalq turnirdə məsul hakimlik missiyasını azərbaycanlı referilərə həvalə edib.
Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, UWW Türkiyənin Kocaeli şəhərində təşkil olunacaq Hasan Gemici və Qazanfer Bilgen Memorialının ümumi idarəetməsini Federasiyanın Texniki və Hakimlər Komitəsinin sədri, I-S dərəcəli referi Asif Şirəliyevə etibar edib.
Ali qurumun etimadını qazanan Asif Şirəliyev yarışda UWW nümayəndəsi və yarış rəhbəri funksiyasını yerinə yetirəcək.
Bundan başqa, III dərəcəli hakimlər Elxan Həmidzadə, Samir Hacıyev və Qədim Qurbanov da beynəlxalq turnirdə görüşləri idarə edərək ədalətin qorunmasına töhfə verəcəklər.
Qeyd edək ki, Hasan Gemici və Qazanfer Bilgen Memorialına iyulun 31-də start veriləcək. Avqustun 2-dək davam edəcək nüfuzlu beynəlxalq turnirdə müxtəlif ölkələrdən yunan-Roma və sərbəst güləşçilər medallar uğrunda mübarizə aparacaqlar.