31 iyul 2026. Cümə

16 yaşlı tennisçi WTA-250 turnirində 1/4 finala yüksəldi


  • Offside
  • 23:49 30.07.2026
  • Oxunma sayı: 46
16 yaşlı tennisçi WTA-250 turnirində 1/4 finala yüksəldi

ABŞ-nin Memfis şəhərində keçirilən WTA-250 turnirində 16 yaşlı rusiyalı tennisçi Kristina Lyutova 1/4 final mərhələsinə vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki, dünya reytinqində 229-cu pillədə qərarlaşan Lyutova 1/8 finalda reytinqin 76-cı pilləsində yer alan avstraliyalı Maya Coyntu 3:6, 6:3, 6:3 hesabı ilə məğlub edib.

2 saat 26 dəqiqə davam edən qarşılaşmada Kristina Lyutova üç eys vurub, üç ikiqat səhvə yol verib və qazandığı 10 breyk imkanından beşini uğurla dəyərləndirib.

Maya Coynt isə matç ərzində dörd eys edib, yeddi ikiqat səhvə yol verib və səkkiz breyk fürsətindən üçünü reallaşdırıb.

Kristina Lyutova yarımfinal uğrunda mübarizədə Çin təmsilçisi Yesin Ma ilə ABŞ-li Keti Maknelli arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.







Offside