- Offside
- 23:59 30.07.2026
24 qat "Böyük Dəbilqə" çempionu Novak Cokoviç ABŞ-də keçiriləcək Sinsinnati "Masters" turnirində iştirak edəcəyini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, avqustun 13-23-də keçiriləcək nüfuzlu turnirin mətbuat xidməti serbiyalı tennisçinin açıqlamasını yayıb.
"Hamıya salam! Məmnuniyyətlə bildirirəm ki, 2023-cü ildən sonra ilk dəfə bu il Sinsinnati turnirində çıxış edəcəyəm. Həmin il karyeramın ən yaxşı "Masters" finallarından birini keçirmişdim. Yenidən korta qayıtmağı və sizin qarşınızda oynamağı səbirsizliklə gözləyirəm. Turnirə gələcək bütün azarkeşləri və dünyanın müxtəlif ölkələrindən tennissevərləri görəcəyim üçün çox sevinirəm. Tezliklə görüşərik", - deyə Cokoviç bildirib.
Qeyd edək ki, Novak Cokoviç sonuncu dəfə 2023-cü ildə Sinsinnati "Masters" turnirində iştirak edib. O, həlledici görüşdə İspaniya təmsilçisi Karlos Alkarası məğlub edərək çempionluq qazanmışdı.
Serbiyalı tennisçi karyerası ərzində bu turnirin qalibi adına üç dəfə - 2018, 2020 və 2023-cü illərdə sahib çıxıb.