- Offside
- 23:59 30.07.2026
Keçmiş UFC çempionu Konor Makqreqor Maks Holloueyə məğlub olduğu döyüşün nəticəsinin ləğv edilməli olduğunu bildirib.
90deqiqe.Az xəbər verir ki, irlandiyalı döyüşçü bununla bağlı sosial şəbəkədə paylaşım edib.
38 yaşlı Makqreqorun sözlərinə görə, Las-Veqasda keçirilən UFC 329 turnirində qəfəsin döşəməsi quru buz səbəbindən islanıb və bu da döyüşün gedişinə təsir göstərib.
"Quru buz səbəbindən qəfəsin döşəməsi yaş idi. Buna görə də bu döyüş "baş tutmamış" hesab edilməlidir. Gələn il görüşərik, buna yüz faiz əminəm!" - deyə Makqreqor yazıb.
Xatırladaq ki, Makqreqorla amerikalı Maks Hollouey arasında revanş UFC 329 turnirinin əsas döyüşü olub. Qarşılaşma birinci raundda Makqreqorun ayaq nahiyəsindən zədələnməsi səbəbindən döyüşü davam etdirməkdən imtina etməsi ilə başa çatıb və Hollouey texniki nokautla qalib elan olunub.