31 iyul 2026. Cümə

“Vugar Gashimov Open 2026”da mübarizəyə yekun vuruldu


  • Offside
  • 11:54 31.07.2026
  • Oxunma sayı: 11
“Vugar Gashimov Open 2026”da mübarizəyə yekun vuruldu

“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan “Vugar Gashimov Open 2026” beynəlxalq şahmat turnirinə yekun vurulub.

Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışın A qrupunda 7,5 xal toplayan Tunar Davudov bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi olub.

Eyni nəticə göstərən Loğman Quliyev əlavə göstəricilərə əsasən ikinci yeri tutub. Yeddi xal toplayan Vüqar Manafov isə turniri üçüncü pillədə başa vurub.

Festival proqramı çərçivəsində rapid və blits yarışları da keçirilib. Rapid üzrə Murad İbrahimli, blits üzrə isə Rüstəm Rüstəmov bütün rəqiblərini geridə qoyaraq birinci yerə layiq görülüblər.

Turnirin bağlanış mərasimində qalib və mükafatçılara medal, diplom və pul mükafatları təqdim edilib.

Qeyd edək ki, “Azərbaycan Şahmat Turu”nun növbəti mərhələsi sentyabrın 3-10-da təşkil olunacaq “Guba Open” beynəlxalq turniri olacaq.







Offside