- Offside
- 18:17 31.07.2026
Avropa çempionatına hazırlıqlarını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstandakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi hər iki yoxlama oyununda qələbə qazanıb.
Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a məlumata görə, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Afinada ev sahibi Yunanıstan yığması ilə iki dəfə üz-üzə gəlib.
Millimiz hər iki qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edərək Avropa çempionatı öncəsi uğurlu nəticəyə imza atıb.
Qeyd edək ki, Azərbaycan yığması qitə çempionatına hazırlığın son mərhələsini Bakıda keçirəcək.