- Offside
- 21:18 31.07.2026
Bakıda keçirilən U-17 dünya çempionatında mübarizə aparan Azərbaycanın sərbəst güləşçisi Rəşid Nəzərov ilk görüşünü məğlubiyyətlə başa vurub.
90deqiqe.Az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifat mərhələsində Ermənistan təmsilçisi Erik Papikyana 1:9 hesabı ilə uduzub.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir.
Azərbaycan mundialda 29 güləşçi ilə təmsil olunur.