31 iyul 2026. Cümə

Adam Kusior azərbaycanlı gənc məşqçilərə seminar keçəcək


  • Offside
  • 11:31 31.07.2026
  • Oxunma sayı: 30
Adam Kusior azərbaycanlı gənc məşqçilərə seminar keçəcək

Bakıda növbəti məşqçilik seminarı təşkil olunacaq.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Boks Federasiyasının dəstəyi ilə bu il ikinci dəfə baş tutacaq təlimlərə beynəlxalq boks dərsliyinin müəllifi, təcrübəli polşalı mütəxəssis Adam Kusior rəhbərlik edəcək.

O, Bakı Boks Mərkəzində əsasən yerli gənc məşqçilərə qaydalardakı dəyişikliklər, onların tətbiqi, məşq proseslərinin daha da təkmilləşdirilməsi ilə bağlı seminar keçəcək. Avqustun 3-9-da təşkil ediləcək təlimlər nəzəri və praktiki hissədən ibarət olacaq, ardınca məşqçi-müəllimlər imtahan verəcəklər.

Seminara 30-dək çalışdırıcı qatılacaq. İmtahandan uğurla keçən iştirakçılara sertifikatlar təqdim olunacaq.







Offside