- Offside
- 21:18 31.07.2026
Bakıda keçirilən U-17 dünya çempionatında mübarizə aparan Azərbaycanın sərbəst güləşçisi Abbas Şəfiyev ilk qarşılaşmasını məğlubiyyətlə başa vurub.
90deqiqe.Az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifat mərhələsində Qazaxıstan təmsilçisi Temirlan Murata 1:5 hesabı ilə uduzub.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir.
Azərbaycan mundialda 29 pəhləvanla təmsil olunur.