31 iyul 2026. Cümə

Azərbaycan güləşçisi U-17 dünya çempionatında mübarizəni dayandırdı


  • Offside
  • 12:23 31.07.2026
  • Oxunma sayı: 40
Azərbaycan güləşçisi U-17 dünya çempionatında mübarizəni dayandırdı

Bakıda keçirilən U-17 dünya çempionatında çıxış edən Azərbaycanın qadın güləşçisi Fatimə Bayramova yarışla erkən vidalaşıb.

90deqiqe.Az-ın məlumatına görə, 53 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsəlliverici görüşdə Macarıstan təmsilçisi Mariya Jitovoza 0:2 hesabı ilə məğlub olub.

Bu nəticədən sonra Fatimə Bayramova dünya çempionatında çıxışını başa vurub.

Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir.

Azərbaycan mundialda 29 pəhləvanla təmsil olunur.







Offside