31 iyul 2026. Cümə

Azərbaycan güləşçisi U-17 dünya çempionatında 1/4 finalda dayandı


  • Offside
  • 14:33 31.07.2026
  • Oxunma sayı: 34
Azərbaycan güləşçisi U-17 dünya çempionatında 1/4 finalda dayandı

Bakıda keçirilən U-17 dünya çempionatında mübarizə aparan Azərbaycanın sərbəst güləşçisi Nihad Süleymanlı yarışda 1/4 final mərhələsində məğlub olub.

90deqiqe.Az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı bu mərhələdə Türkiyə təmsilçisi Volkan Bilginə 6:10 hesabı ilə uduzub.

Nihad Süleymanlı 1/8 finalda uğurlu çıxışı ilə diqqət çəkmişdi. O, Qırğızıstan güləşçisi Ali Zakirjanovu 10:0 hesabı ilə vaxtından əvvəl məğlub edərək növbəti mərhələyə yüksəlmişdi.

Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir.

Azərbaycan mundialda 29 pəhləvanla təmsil olunur.







Offside