31 iyul 2026. Cümə

Azərbaycanın U-18 millisi Avropa çempionatında Monteneqroya uduzdu


  • Offside
  • 17:18 31.07.2026
  • Oxunma sayı: 46
Azərbaycanın U-18 millisi Avropa çempionatında Monteneqroya uduzdu

Azərbaycanın basketbol üzrə 18 yaşadək oğlanlardan ibarət millisi Xorvatiyada keçirilən Avropa çempionatının B Divizionunda növbəti oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Erhan Tökerin baş məşqçisi olduğu yığma 9-16-cı yerlər uğrunda pley-off mərhələsində Monteneqro seçməsi ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşma rəqib komandanın 77:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsində Polşa (60:70), Ukrayna (77:68), İslandiya (56:95), Portuqaliya (52:50) və Çexiya (46:74) yığmaları ilə qarşılaşıb. Komanda bu oyunlarda Ukrayna və Portuqaliya üzərində qələbə qazanıb.







Offside