31 iyul 2026. Cümə

Azərbaycan güləşçisi dünya çempionatında medalsız qaldı


  • Offside
  • 18:17 31.07.2026
  • Oxunma sayı: 38
Azərbaycan güləşçisi dünya çempionatında medalsız qaldı

Bakıda keçirilən U-17 dünya çempionatında çıxış edən Azərbaycanın qadın güləşçisi Gülxanım Şirinova bürünc medal uğrunda görüşdə məğlub olub.

90deqiqe.Az-ın məlumatına görə, 40 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda qarşılaşmada Türkiyə təmsilçisi Şirin Askara 4:12 hesabı ilə uduzub.

Beləliklə, Gülxanım Şirinova dünya çempionatını medalsız başa vurub.

Qeyd edək ki, U-17 dünya çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi mübarizə aparır.

Azərbaycan mundialda 29 güləşçi ilə təmsil olunur.







Offside