31 iyul 2026. Cümə

"Turan Tovuz" Türkiyə toplanışında növbəti sınaqdan qalib ayrıldı


  • Offside
  • 20:36 31.07.2026
  • Oxunma sayı: 32
"Turan Tovuz" Türkiyə toplanışında növbəti sınaqdan qalib ayrıldı

Türkiyənin paytaxtı Ankarada yeni mövsümə hazırlıqlarını davam etdirən "Turan Tovuz" növbəti yoxlama oyununa çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, Kurban Berdıyevin baş məşqçisi olduğu komanda Türkiyənin I Liqa təmsilçisi "Iğdır" ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu Jo Batista vurub.

Xatırladaq ki, "Turan Tovuz" Ankara toplanışı çərçivəsində daha əvvəl İranın U-21 millisi və Türkiyə Super Liqası təmsilçisi "Fatih Karagümrük" ilə qarşılaşıb. Hər iki görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.







Offside