1 avqust 2026. Şənbə

Azərbaycan güləşçisi U-17 dünya çempionatında ilk görüşünü uduzdu


  • Offside
  • 11:35 01.08.2026
  • Oxunma sayı: 29
Azərbaycan güləşçisi U-17 dünya çempionatında ilk görüşünü uduzdu

Bakıda keçirilən U-17 dünya çempionatında mübarizə aparan Azərbaycanın sərbəst güləşçisi Tunar Quliyev yarışa məğlubiyyətlə başlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 71 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifat mərhələsində Qazaxıstan təmsilçisi Adilet Risbayla qarşılaşıb. Gərgin keçən görüşdə Tunar Quliyev rəqibinə 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi mübarizə aparır.

Azərbaycan mundialda 29 pəhləvanla təmsil olunur.







Offside