- Offside
- 13:55 01.08.2026
Bakıda keçirilən U-17 dünya çempionatında çıxış edən Azərbaycanın sərbəst güləşçisi Hüseyn Rzazadə yarışla vidalaşıb.
90deqiqe.Az-ın məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı ikinci təsəlliverici görüşdə ABŞ təmsilçisi Kuper Deputiyə 1:12 hesabı ilə məğlub olaraq çıxışını başa vurub.
Hüseyn Rzazadə ikinci təsəlliverici qarşılaşmaya qədər ilk təsəlliverici görüşdə İran güləşçisi Amirali Fazını 9:6 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlmişdi.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi mübarizə aparır.
Azərbaycan mundialda 29 pəhləvanla təmsil olunur.