- Offside
- 13:55 01.08.2026
Bakıda keçirilən U-17 dünya çempionatında mübarizə aparan Azərbaycanın sərbəst güləşçisi Elgün Kərimli yarışa məğlubiyyətlə başlayıb.
90deqiqe.Az-ın məlumatına görə, 92 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifat mərhələsində Hindistan təmsilçisi Sakşam Fnu ilə üz-üzə gəlib. 5:5 hesabı ilə başa çatan gərgin qarşılaşmada Elgün Kərimli sonuncu xal prinsipinə əsasən məğlub sayılıb.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi mübarizə aparır.
Azərbaycan mundialda 29 pəhləvanla təmsil olunur.