- Offside
- 13:55 01.08.2026
Bakıda keçirilən U-17 dünya çempionatında mübarizə aparan Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov yarışa uğurlu start verib.
90deqiqe.Az-ın məlumatına görə, 51 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Gürcüstan təmsilçisi Giorgi Narimanidze ilə qarşılaşıb. Gərgin keçən görüşdə rəqibini 4:2 hesabı ilə məğlub edən İbrahim Həsənov 1/4 finala yüksəlib.
Qeyd edək ki, U-17 dünya çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi mübarizə aparır.
Azərbaycan mundialda 29 pəhləvanla təmsil olunur.