- Offside
- 17:26 01.08.2026
Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə "Masters" kateqoriyası üzrə Federasiya Kuboku baş tutacaq.
90deqiqe.Az AzVİF-ə istinadən xəbər verir ki, yarışda yaşı 35-dən yuxarı olan həvəskar velosipedçilər qrup ötüşməsində mübarizə aparacaqlar.
Reqlamentə əsasən, 35-49 yaş kateqoriyasında çıxış edən kişilər 34 km, 50 yaşdan yuxarı idmançılar isə 25 km məsafə qət edəcəklər. 35 yaşdan yuxarı qadın velosipedçilər isə qalibi müəyyənləşdirmək üçün 17 km məsafədə yarışacaqlar.
Qeyd edək ki, "Masters" kateqoriyası üzrə Federasiya Kuboku avqustun 2-də Şıxov Veloparkında keçiriləcək.