- Offside
- 17:26 01.08.2026
Azərbaycan təmsilçiləri İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında uğurlu çıxış edərək gümüş medala sahib olublar.
90deqiqe.Az Azərbaycan Su İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, Ziya Məmmədzadə və Nurlan Paşayevdən ibarət ikinəfərlik qayıq ekipajı final yürüşündə finiş xəttini ikinci keçərək Avropa çempionatının gümüş mükafatını qazanıb.
Qitənin ən güclülərinin mübarizə apardığı yarışda Azərbaycanı yalnız iki idmançı təmsil edib və onlar ölkəmizə yeganə medalı qazandırıblar.
Xatırladaq ki, Ziya Məmmədzadə və Nurlan Paşayev bundan əvvəl Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda da bürünc medal əldə etmişdilər.