1 avqust 2026. Şənbə

"Həkimi çağırmasaydım, matçı uduzacaqdım"


  • Offside
  • 18:11 01.08.2026
  • Oxunma sayı: 35
"Həkimi çağırmasaydım, matçı uduzacaqdım"

Dünya reytinqində 10-cu pillədə qərarlaşan ABŞ tennisçisi Teylor Frits Vaşinqtonda keçirilən ATP-500 turnirinin 1/4 finalında həmyerlisi Aleks Mikelsen üzərində qazandığı qələbəni (6:1, 3:6, 7:6 (8:6)) şərh edib.

90deqiqe.Az xəbər verir ki, amerikalı tennisçi həlledici setdə istədiyi oyunu nümayiş etdirə bilmədiyini etiraf edib.

"Əlimdən gələni etməyə və oyunda həddindən artıq riskə getməməyə çalışırdım. Üçüncü setin tay-brekində istədiyim kimi çıxış edə bilmədim. Məğlub olsaydım, bunun səbəbini başa düşərdim. Birinci servis faizim kifayət qədər yüksək deyildi, bəzi epizodlarda daha aqressiv oynaya bilərdim, amma bunu etmədim. Düşünürəm ki, daha yaxşı çıxış etmək mümkün idi", – deyə Frits bildirib.

O, matç zamanı götürdüyü tibbi fasilənin səbəbinə də aydınlıq gətirib.

"Tibbi fasilə sol dizimlə bağlı idi. Dizim sanki kilidlənmişdi. Top arxama düşdü, sürüşərək küncə yıxıldım. Ağrı çox kəskin idi, bunu sözlə ifadə etmək çətindir. Yeriyə bilirdim, amma həmin anda həkimi çağırmasaydım, matçı uduzardım", – deyə amerikalı tennisçi əlavə edib.







Offside