1 avqust 2026. Şənbə

ABŞ millisi Millətlər Liqasının finalına yüksəldi


  • Offside
  • 18:37 01.08.2026
  • Oxunma sayı: 37
ABŞ millisi Millətlər Liqasının finalına yüksəldi

ABŞ-ın kişilərdən ibarət voleybol yığması 2026-cı il Millətlər Liqasının finalına vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki, amerikalılar yarımfinal mərhələsində Yaponiya millisindən üstün olublar.

Çində keçirilən qarşılaşmada ABŞ seçməsi rəqibini 3:2 hesabı ilə məğlub edib. Setlər 25:19, 23:25, 20:25, 25:19 və 15:13 hesabı ilə başa çatıb.

Finalda ABŞ millisi Polşa yığması ilə üz-üzə gələcək. Polşalı voleybolçular yarımfinalda Sloveniyanı 3:0 hesabı ilə məğlub ediblər. Setlər 25:16, 25:19 və 25:17 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, kişilər arasında voleybol üzrə Millətlər Liqasının son qalibi Polşa millisidir. Ötən il keçirilən final görüşündə Polşa İtaliya yığmasını 3:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, 2026-cı il Millətlər Liqasının qadınlar arasında final qarşılaşması da baş tutub. Həlledici görüşdə Türkiyə millisi Braziliyanı 3:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Setlər 23:25, 25:23, 26:24 və 25:21 hesabı ilə başa çatıb.







Offside