2 avqust 2026. Bazar günü

"Neftçi SOCAR" Tokio mərhələsində mübarizəni 1/4 finalda başa vurub


  • Offside
  • 09:00 02.08.2026
  • Oxunma sayı: 43
"Neftçi SOCAR" Tokio mərhələsində mübarizəni 1/4 finalda başa vurub

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Tokio mərhələsində çıxışını başa vurub.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi qrup mərhələsini lider kimi tamamlayaraq 1/4 finala yüksəlib. Komanda bu mərhələdə Çinin "Pekin" klubu ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada "Neftçi SOCAR" rəqibinə 17:20 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

"Neftçi SOCAR" qrup mərhələsində uğurlu çıxışı ilə diqqət çəkib. Komanda ilk görüşdə ABŞ millisini 18:13 hesabı ilə məğlub edib. Sonuncu qrup oyununda isə Niderlandın U-25 yığmasını 20:18 hesabı ilə üstələyərək qrup birincisi kimi pley-offa vəsiqə qazanıb.

Beləliklə, Azərbaycan təmsilçisi Tokio mərhələsində mübarizəsini 1/4 finalda başa vurub.







Offside