2 avqust 2026. Bazar günü

AAF-ın məşqçisi Tofiq Məmmədov 36 yaşında dünyasını dəyişdi


  • Offside
  • 12:02 02.08.2026
  • Oxunma sayı: 40
 AAF-ın məşqçisi Tofiq Məmmədov 36 yaşında dünyasını dəyişdi

Azərbaycan Atletika Federasiyasının (AAF) atmalar üzrə məşqçisi və təlimçisi Tofiq Məmmədov vəfat edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə AAF-ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mütəxəssis 36 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Azərbaycan Atletika Federasiyası Tofiq Məmmədovun vəfatı ilə əlaqədar mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, ona Allahdan rəhmət diləyib.

Qeyd edək ki, Tofiq Məmmədov uzun illər Azərbaycan atletikasında atmalar növünün inkişafı istiqamətində məşqçi və təlimçi kimi fəaliyyət göstərib.







Offside