- Offside
- 19:30 02.08.2026
Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medala sahib çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, 51 kq çəki dərəcəsində mübarizə aparan idmançı final görüşündə İran təmsilçisi Benyamin Mayvana 1:5 hesabı ilə məğlub olub və yarışın gümüş medalını qazanıb.
Beləliklə, Azərbaycan millisi ev sahibliyi etdiyi U-17 dünya çempionatını ümumilikdə yeddi medalla başa vurub.
Bundan əvvəl yunan-Roma güləşi üzrə Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala layiq görülüblər.
Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə mundialı bürünc medalla başa vurublar.