- Offside
- 19:30 02.08.2026
Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazanan Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov (51 kq) mükafatlandırılıb.
90deqiqe.Az-ın məlumatına görə, finalda İran təmsilçisi Benyamin Mayvana məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə yüksələn idmançıya gümüş medal təqdim edilib.
51 kq çəki dərəcəsində qızıl medala Benyamin Mayvana (İran) sahib çıxıb. Bürünc medallar isə Rusiya təmsilçisi İslam Kurakmaev və Yaponiyadan Masamune Uşimadoya təqdim olunub.
Mükafatlandırma mərasimində medalları Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Dünya Güləş Birliyinin vitse-prezidenti Rodika Mariya idmançılara təqdim ediblər.