16 sentyabr 2026. Çərşənbə

Bakıda "Queen & King of the Court Mixed" turnirinin qalibləri müəyyənləşdi


  • Offside
  • 19:30 02.08.2026
  • Oxunma sayı: 155
Bakıda "Queen & King of the Court Mixed" turnirinin qalibləri müəyyənləşdi

Bakıda çimərlik voleybolu üzrə növbəti "Queen & King of the Court Mixed" turniri keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda 12 komanda çempionluq uğrunda mübarizə aparıb. Turnirdə həm peşəkar, həm də həvəskar voleybolçular iştirak ediblər. Hər komanda bir qadın və bir kişi voleybolçudan ibarət olub.

Bütün rəqiblərini məğlub edən Vilde Atvars və İlze Atvars cütü turnirin qalibi adına layiq görülüb.

Yarışın yekununda mükafatlandırma mərasimi təşkil olunub. Qaliblərə tac, medal, diplom, eləcə də Azərbaycan Voleybol Federasiyasının tərəfdaşları tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.

Mükafatları VFM Şirkətlər Qrupunun brend meneceri Əli Yusubov, "Djevo" şirkətinin rəhbəri Cavid Salayev və "Fənərbahçe" klubunun Azərbaycandakı idman məktəblərinin direktoru Amin Həmzəyev qaliblərə təqdim ediblər.







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar