2 avqust 2026. Bazar günü

Mahir Emreli Polşa çempionatında ilk qolunu vurdu


  • Offside
  • 22:35 02.08.2026
  • Oxunma sayı: 49
Mahir Emreli Polşa çempionatında ilk qolunu vurdu

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşa Ekstraklasasında ilk qolunu vurub.

90deqiqe.Az-ın məlumatına görə,  29 yaşlı futbolçu II turun "Şlyonsk"la səfər qarşılaşmasında "Rakuv"un start heyətində meydana çıxıb. Forvard oyunun 60-cı dəqiqəsində hesabı açaraq komandasını önə keçirib.

Bu, Mahir Emrelinin "Rakuv"un heyətində ikinci qolu olub. Milli futbolçumuz daha əvvəl UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Malta təmsilçisi "Valletta" ilə debüt matçında da fərqlənmişdi.

Beləliklə, Emreli yeni klubunda həm avrokuboklarda, həm də Polşa çempionatında qol hesabını açmağı bacarıb.







Offside