- Offside
- 22:41 02.08.2026
Rusiyalı mütəxəssis Leonid Slutski Çin Superliqasında çıxış edən "Şanxay Şenxua" klubunun baş məşqçi postunu tərk edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun "Weibo" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
Slutski 2024-cü ilin yanvarından etibarən Çin təmsilçisini çalışdırırdı. Onun rəhbərliyi altında "Şanxay Şenxua" iki dəfə Çin Superkubokunun qalibi olub.
Qeyd edək ki, Leonid Slutski məşqçilik karyerası ərzində "Uralan", "Moskva", "Krılya Sovetov", ÇSKA, Rusiya millisi, "Hall Siti", "Vitess", "Rubin" və digər komandalarda çalışıb.
Mütəxəssis Moskva ÇSKA-sı ilə üç dəfə Rusiya çempionu olub, həmçinin iki dəfə ölkə kubokunu və iki dəfə Rusiya Superkubokunu qazanıb.