3 avqust 2026. Bazar ertəsi

Azərbaycan Avropa Kubokunda 13 cüdoçu ilə təmsil olunacaq


  • Offside
  • 13:05 03.08.2026
  • Oxunma sayı: 28
Azərbaycan Avropa Kubokunda 13 cüdoçu ilə təmsil olunacaq

Azərbaycanın 13 gənc cüdoçusu Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək Avropa Kubokunda mübarizə aparacaq.

90deqiqe.Az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə avqustun 8-9-da baş tutacaq turnirdə milli komanda 6 çəki dərəcəsində çıxış edəcək. Yığmaya qadınlardan ibarət komandanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Qızların yarışında Nərgiz Əhmədova, Gülşən Hüseynova, Gülgəz Musayeva (48 kq), Aysun Məmmədova, Nuranə Hacızadə (52 kq), Vüsalə Hacıyeva, Aytən Verdiyeva, Xədicə Qədəşova (57 kq) və Nilgün Rzayeva (63 kq) tatamiyə çıxacaqlar.

Oğlanların mübarizəsində isə Kənan Hüseynov (73 kq), Davud Namazlı, Canpolad Əliyev və Vidad Əliyev (100 kq) Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, Skopyedə keçiriləcək Avropa Kubokunda 34 ölkədən 346 cüdoçu – 229 oğlan və 117 qız mübarizə aparacaq.







Offside