3 avqust 2026. Bazar ertəsi

Azərbaycan millisinin Avropa çempionatı hazırlığı başladı


  • Offside
  • 13:17 03.08.2026
  • Oxunma sayı: 34
Azərbaycan millisinin Avropa çempionatı hazırlığı başladı

Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində Şamaxıda təlim-məşq toplanışına start verib.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a veril\ən məlumata görə, məşqçilər korpusu hazırlıq prosesinə U-17 Azərbaycan çempionatında uğurlu çıxışı ilə seçilən boksçuları cəlb edib.

22 idmançının iştirak etdiyi təlim-məşq toplanışında əsas diqqət taktiki hazırlığın təkmilləşdirilməsinə yönəldiləcək.

Qeyd edək ki, Avropa çempionatına hazırlıq xarakteri daşıyan toplanış avqustun 17-də başa çatacaq.







Offside