16 sentyabr 2026. Çərşənbə

Azərbaycan millisindən Avropa çempionatı öncəsi son hazırlıq


  • Offside
  • 14:31 03.08.2026
  • Oxunma sayı: 133
Azərbaycan millisindən Avropa çempionatı öncəsi son hazırlıq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi 2026-cı il Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirir.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yığmanın paytaxtda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində Latviya və Belarus milliləri ilə yoxlama oyunları keçirməsi planlaşdırılır. Bu görüşlər komandanın qitə çempionatı öncəsi son sınaqları olacaq.

Xatırladaq ki, 2026-cı il Avropa çempionatının C qrupunun oyunlarına Bakı ev sahibliyi edəcək. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq.

Qrup qarşılaşmaları avqustun 21-dən 28-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar