3 avqust 2026. Bazar ertəsi

Fərid Qayıbov beynəlxalq arenada uğur qazanan idmançılarla görüşdü


  • Offside
  • 16:36 03.08.2026
  • Oxunma sayı: 33
Fərid Qayıbov beynəlxalq arenada uğur qazanan idmançılarla görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov iyul ayında beynəlxalq yarışlarda uğurlu çıxışı ilə fərqlənən Azərbaycan idmançıları ilə görüş keçirib.

Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ötən ay ərzində idmançılarımızın beynəlxalq arenalarda qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub.

Görüşdə çıxış edən Fərid Qayıbov idmançıları əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edib, onlara gələcək yarışlarda da uğurlar arzulayıb.

Tədbir çərçivəsində müxtəlif idman növlərini təmsil edən idmançılar iştirak etdikləri beynəlxalq turnirlər, qazandıqları medallar və əldə etdikləri nəticələr barədə məlumat veriblər.

Sonda nazir idmançılara ölkəni beynəlxalq arenada layiqincə təmsil etdiklərinə görə təşəkkür edib, qarşıdakı yarışlarda onlara yeni uğurlar və qələbələr arzulayıb.







Offside