3 avqust 2026. Bazar ertəsi

Azərbaycanlı velosipedçi Çində beynəlxalq turnirin qalibi oldu


  • Offside
  • 17:33 03.08.2026
  • Oxunma sayı: 46
Azərbaycanlı velosipedçi Çində beynəlxalq turnirin qalibi oldu

Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət Elit yığmasının üzvü Viktoriya Sidorenko Çində keçirilən beynəlxalq turnirdə uğurlu çıxışı ilə diqqət çəkib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, idmançı "Pardus MK Women's Cycling Team" komandasının heyətində təşkil olunan "Xinjiang Production and Construction Corps" beynəlxalq yarışında ümumi təsnifatın qalibi olub.

Sidorenko iki gün davam edən turnirin ilk mərhələsində bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb. O, ikinci mərhələdə isə üçüncü yeri tutsa da, ümumi nəticələrə əsasən yarışın qalibi adını qazanıb.

Qeyd edək ki, Viktoriya Sidorenko hazırda Çin komandasının heyətində bu il oktyabrın 2-7-də Sloveniyada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq prosesini davam etdirir.







Offside