3 avqust 2026. Bazar ertəsi

"Neftçi" yunanıstanlı mütəxəssislə müqavilə imzaladı


  • Offside
  • 17:58 03.08.2026
  • Oxunma sayı: 37
"Neftçi" yunanıstanlı mütəxəssislə müqavilə imzaladı

"Neftçi" basketbol komandası yeni baş məşqçisini rəsmən açıqlayıb.

Klubun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, paytaxt təmsilçisi yunanıstanlı mütəxəssis Konstantinos Vasiliadis ilə 2026/2027 mövsümünün sonunadək qüvvədə olacaq müqavilə imzalayıb.

Bildirilib ki, tərəflər mövsümün sonunda əməkdaşlığın davam etdirilməsi və müqavilənin uzadılması məsələsini də nəzərdən keçirəcəklər.

Qeyd edək ki, 42 yaşlı Konstantinos Vasiliadis peşəkar basketbolçu kimi zəngin karyeraya malik olub. O, Yunanıstanda "Olimpiakos" və PAOK, İspaniyada "Unikaxa Malaqa" və "Bilbao Basket", Türkiyədə isə "Anadolu Efes" klublarının formasını geyinib.







Offside